Pleyeri seçin:

“Özləri üçün təsərrüfat yaradıblar!” | Qurum “həll oldu” deyir, əhali ah-nalə çəkir

03 sentyabr 2025 531 baxış

Ucarın Yuxarı Şilyan kəndinin 5 minə yaxın əhalisi illərdir ki, su problemi ilə üz-üzə qalıb.

Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyirlər.

“Dəfələrlə qurumlara müraciət etmişik, amma cavabsız qalıb”, ‒ sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib:

“Üç ildir ki, Qazyan kəndi bizim arxın qabağını kəsib, özləri üçün təsərrüfat yaradıblar. Köçəri quşlar da artıq susuzluğa görə kəndə gəlmir”.

Məsələ ilə bağlı Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Yuxarı Şilyan kəndinin müəyyən hissəsinin suvarma təminatı Göyçay çayından qidalanan və uzunluğu 14 kilometr olan suvarma arxı vasitəsilə həyata keçirilir:

“Sözügedən arx 1700 hektar pay torpaq sahəsinə və ümumilikdə 600 nəfər su istifadəçisinə xidmət göstərir. Həmin arx vasitəsilə həm Qazyan, həm də Yuxarı Şilyan kəndlərinin pay torpaqları suvarılır. Yuxarı Şilyan kəndində yaşayan bir qrup sakin tərəfindən ərazidə aparılan müşahidələr və Sudan İstifadəedənlər Birliyi ilə Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əməkdaşlarının birgə monitorinqi nəticəsində arxa qanunsuz qoşulma halları aşkarlanıb.

Faktlarla bağlı mövcud normativ qaydalara əsasən mütəxəssislərin iştirakı ilə müvafiq tədbirlər görülüb, qanunsuz qoşulmalar aradan qaldırılıb və suyun verilişi yenidən tənzimlənib”.

Qurumdan problemin həll olunduğu deyilsə də, Baku TV-nin çəkilişindən bir gün sonra sakinlər heç bir tədbirin görülmədiyini bildiriblər.

İmtahan stresinin əsl səbəbi üzə çıxdı: günah valideynlərdədir? - AKTUAL GÜNDƏM

İmtahan stresinin əsl səbəbi üzə çıxdı: günah valideynlərdədir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 iyun 2026 531 baxış
AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

AQP brifinqdə qiymətləndiricilərlə bağlı yeni mərhələnin detallarını bölüşüb - Baku TV

Cəmiyyət
25 iyun 2026 531 baxış
Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
25 iyun 2026 531 baxış
Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı

Cəmiyyət
24 iyun 2026 531 baxış
"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

"Bilən də, bilməyən də dindən danışır” | Dinin təbliğində nələr səhv edilir? - AMİN

Cəmiyyət
24 iyun 2026 531 baxış
Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş yubiley gecəsi - Baku TV

Cəmiyyət
24 iyun 2026 531 baxış
Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Dəniz sahilində qazılan xəndəklər müzakirələrə səbəb oldu - Baku TV

Cəmiyyət
24 iyun 2026 531 baxış
"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

"Belə insanlar normal şəkildə sevinə və gülə bilmirlər" | Rusiyalı elm adamı

Cəmiyyət
24 iyun 2026 531 baxış
“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

“Deməli, tanışları var” | IX sinif şagirdi niyə oxuyub-yaza bilmir? - Baku TV

Cəmiyyət
24 iyun 2026 531 baxış
Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Bu yolun halını görənlər geriyə qayıdır | “Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq” - Baku TV

Cəmiyyət
24 iyun 2026 531 baxış
Seçilmişlər
icon