Pleyeri seçin:

Vətəndaşlarımızı tələyə salan şəxs əməliyyatçılarımızın "tələ"sinə düşdü | DTX-dən əməliyyat

21 iyul 2025 573 baxış

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlıq üçün təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən "Abu Malik" təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə 18 iyul 2025-ci ildə keçirilən məhkəmə baxışı materiallarından məlum olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayında xarici xüsusi xidmət orqanları ilə "Abu Malik" təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Məhəmməd Şirin oğlu Əliyev olduğu məlum olub.

Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.

Məlum olub ki, öz ətrafında radikal dini təriqətmeyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.

Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü ‒ dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülərək barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

Hadisə
10 avqust 2026 573 baxış
Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Hadisə
10 avqust 2026 573 baxış
Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
10 avqust 2026 573 baxış
"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

Hadisə
09 avqust 2026 573 baxış
Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Hadisə
09 avqust 2026 573 baxış
Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Hadisə
09 avqust 2026 573 baxış
Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 573 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 573 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 573 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 573 baxış
Seçilmişlər
icon