Pleyeri seçin:
Xəzər dənizində 2 balıqçı itkin düşüb, axtarışlar aparılır
Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçı itkin düşüb.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar – 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-ci il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Kopyalandı
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən çıxarılan meyitlə bağlı detallar məlum oldu - ANA XƏBƏR
- Xəzər dənizinin səviyyəsi kəskin aşağı düşüb
- "Burada hətta 1 metr enində ..." | Lənkəranda "itmiş meşə" üzə çıxdı
- Lənkəranda illərdir suyun altında qalmış palıd meşəsi ortaya çıxdı
- Xəzər dənizindəki böyük təhlükə getdikcə artır
