Xəzər dənizindəki böyük təhlükə getdikcə artır
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində suyun səviyyəsi azalıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəis müavini Əhmədrza Lahican deyib.
"Təkcə son beş ildə Xəzər dənizində suyun səviyyəsi təxminən bir metr aşağı düşüb. Bu təhlükəli azalmanın təsiri hazırda bütün sahillərdə müşahidə olunur", – deyə o bildirib.
Ekspertlərin sözlərinə görə, Xəzərdə suyun bu qədər kəskin azalması ciddi nəticələrə səbəb olur.
"Bataqlıqların quruması və canlıların yaşayış yerlərinin itirilməsi, su ehtiyatlarının ciddi şəkildə azalması, sahil tozunun artması, liman fəaliyyətinin azalması, həmçinin Xəzərin dayazlaşması balıqçıların dolanışıqlarına mənfi təsir göstərir, turizmə və regional iqtisadiyyata ciddi ziyan vurur", – Ə.Lahican sözlərinə əlavə edib.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
