Hadisə
Pleyeri seçin:
Xəzərdə 2-ci zəlzələ | Yeraltı təkanlar barəsində son məlumat
Xəzər dənizində bir gündə ikinci zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Məlumata görə, 3,1 maqnitudalı zəlzələnin ocağı 65 km dərinlikdə yerləşib. Yeraltı təkan yerli vaxtla 16:46-da baş verib.
Qeyd edək ki, bu, fevralın 18-də Xəzərdə baş verən 2-ci zəlzələdir. Bundan əvvəl isə saat 12:30-da 3,4 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Kopyalandı
Seçilmişlər