Xırdalanda ağacları kim kəsib? | Nazirlik məsələyə qarışdı
Abşeron rayonu, Xırdalan şəhərində bir gün ərzində 10-dan çox ağac kəsilib.
Hadisə Qalibiyyət və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən obyektin qarşısında qeydə alınıb.
“Burada yaşıllıq çox idi, havası gözəl idi. Lakin bir gecə ərzində nə qədər ağac kəsdilər. Yaşıllıq gözəllikdir, oksigendir. Biz insanların haqqına girdilər. Bu qədər insanın kölgəsini kəsmək haqsızlıqdır”, – Xırdalan sakini deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı həmin ağacların qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü müəyyən edilib. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
#Ağac kəsilməsi teqi istifadə olunub
- Yasamalda irigövdəli ağacları kəsənlər ifşa olundu | Qapını üzümüzə bağlasalar da... - Baku TV
- "Məhv ediblər, yerində də bunu tikiblər" | Sakinləri aldadıb qanunsuz iş görüblər? - Baku TV
- Biləcəri qəsəbəsindəki parkda ağacların kəsilməsi sakinlərin narazılığına səbəb oldu
- Bunu edən şəxsləri ağır cəza gözləyir | Detallar açıqlandı
- Bu il təbiətə zərərvermə hadisəsinin sayı açıqlandı | Kimliyindən asılı olmayaraq...
