Yanacaq daşıyan maşın yanaraq külə döndü | SOCAR-dan hadisə barədə məlumat - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.
Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxs (kişi) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1994-cü il təvəllüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
#Qazax teqi istifadə olunub
- Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI
- Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
