Yanan anbarın yaxınlığındakı binadan insanlar təxliyə edildi | FHN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Hazırda yanğın məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər həyata keçirilir. Baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib”.
Bunu Nəsimi rayonu, Nizami küçəsində yerləşən elektron mallar anbarı və qida istehsalı sexində baş verən yanğın barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev deyib.
“Ümumi sahəsi 2400 kvadratmetr olan obyektin 360 kvadratmetr hissəsi yanıb. Anbarda baş vermiş yanğın zamanı malların demək olar ki, müəyyən bir hissəsi alova məruz qalıb, amma böyük bir hissəsi mühafizə olunub”, – deyə o əlavə edib.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
