Pleyeri seçin:

“Yıxdı altına, başladı sökməyə...” | Ayının hücum etdiyi sakin yaşadıqlarını danışdı

20 oktyabr 2025 744 baxış

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul oktyabrın 19-da ayı hücumuna məruz qalıb.

Hadisə kənd sakini Məzahir Məmmədovun oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığdığı vaxt baş verib.

Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib:

"Ayını görəndə döndüm ki, qaçım, amma ayağım daşa ilişdi, yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Oğluma tərəf gedəndə, nə fikirləşdisə, qayıdıb getdi".

Zərərçəkənin oğlu isə bildirib ki, ayının onlara necə yaxınlaşdığını hiss etməyiblər:

"Gördüm yuxarıdan itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir şeyin keçdiyini gördüm. Atam qaçmaq istəyəndə yıxıldı və ayı ona hücum etdi".

Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov yaralının vəziyyətinin yaxşı olduğunu deyib:

"Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".

Banner
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 744 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 744 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 744 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 744 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 744 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 744 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 744 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 744 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 744 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 744 baxış
Seçilmişlər
icon