Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
27 sentyabr tarixi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da anım tədbirləri ilə yadda qalıb.
44 günlük Vətən müharibəsinin başladığı gün muxtar respublikanın dövlət və ictimaiyyət nümayəndələri, eləcə də sakinləri səhər saatlarından şəhidlərimizin dəfn olunduğu xiyabanları, kənd və digər ərazilərdə yerləşən məzarları ziyarət ediblər, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Naxçıvan şəhər qəbiristanlığında da böyük izdiham müşahidə olunur.
“Bu gün bizim həm anım, həm də qürur günümüzdür. Biz şəhidlərimizlə fəxr edir, qürur duyuruq. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Azərbaycan xalqını, millətimizi, Ali Baş Komandanımızı, əsgər və zabitlərimizi qorusun. Bu günü bizə yaşadan şəhidlərimizlə hər zaman bir şəhid anası olaraq qürur duymuşam. Onların ruhu qarşısında baş əyirəm. Allah bütün Azərbaycanımızı qorusun. Bu üçrəngli bayrağımız qoy bütün dünyada qürurla, vüqarla dalğalansın”, – deyə şəhid anası bildirib.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
- Naxçıvanda əlilliyi olan şəxslər üçün yaradılan bərpa imkanları - Baku TV
- Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV
- Naxçıvanda dəhşətli anlar | Ölən və yaralananların sayı açıqlandı - Baku TV CANLI
- Naxçıvanda dəhşətli qəza | Ölənlər və çox sayda yaralı var - Baku TV
