Pleyeri seçin:

Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

27 sentyabr 2026

“Qarşınızda hədəf olanda özünüzə sərhəd qoymayın”.

Bu sözlərin müəllifi Vətən uğrunda şəhadət şərbəti içən, cəbhədə böyük şücaətlər göstərən Şahgündüz Cabbarovdur.

Dövlət Neft Şirkətinin əməkdaşı olan Şahgündüz Vətən müharibəsi başlayan zaman torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşə yollanıb. Özünün də dediyi kimi, qarşısına qoyduğu hədəfə çatmaq üçün bütün sərhədləri keçib. Şahgündüzün ən böyük arzularından biri isə doğma torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq olub.

“Bu ev təmir olunub qurtaran kimi bayrağı divara vurdu. Dedi ki, Allah qoysa, bu bayrağı aparıb Vətənə vuracağam. Mən Laçını alacağam, sən gedəsən Vətənə. Döyüşlərə yollananda bayrağı çiyninə asıb getdi. Şəkillərində də var, bayraq çiynindədir. Gündüz şəhid olandan sonra yenə də biz oradan bayraq asdıq. Çünki onun ən böyük arzusu evdə bayrağın olması idi.

Gündüz müharibəyə gedəndə mən xəstə idim. Dedim ki, getmə. Mənə dedi ki, elə analar var ki, onun tək uşağı gedir. Amma sənin arxada övladın var. Mən getməliyəm”, – şəhidin anası Simuzər Əmrahova deyib.

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Orxan Fikrətoğlunun "Dalandar D" kitabının təqdimat mərasimi keçirirlib - Baku TV

Orxan Fikrətoğlunun "Dalandar D" kitabının təqdimat mərasimi keçirirlib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV

27 Sentyabr - Anım Günü: Böyük Qələbəyə aparan yolun başlanğıcı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV

Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026
Seçilmişlər
icon