Pleyeri seçin:
Zaqatalada yanğın baş verdi | FHN hərəkətə keçdi
Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.
Hadisə gecə saat 03:00 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid ümumi sahəsi 60 kvadratmetr olan iki anbarda qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində hər iki anbar yanar konstruksiyaları, içərisində olan avadanlıq və ərzaqla birlikdə yanıb. Mağaza və anbarın arasında qoyulan bankomat və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Zaqatala teqi istifadə olunub
- Zaqatalanın Tala kəndində ev yanaraq külə döndü
- Zaqatalada dəhşət | Mətbəxdən başlayan alov bütün evi yandırdı
- Taksi sürücüsü onu bezdirən sərnişinə görün nə etdi
- Zaqatalada dəhşətli hadisə | Mahir Emrelinin dayısı oğlunun meyiti necə tapıldı?
- Zaqatalada 2 mikroavtobus toqquşdu | 9 nəfər xəsarət aldı
