İdman
Pleyeri seçin:
Argentinada nazir müavini Lionel Messiyə görə işindən oldu
Argentinanın idman nazirinin müavini Xulio Qarro Lionel Messiyə görə işdən çıxarılıb.
Belə ki, Argentina yığması ətrafında getdikcə böyüyən irqçilik qalmaqalı səbəbindən Qarro millinin kapitanı Messini bütün komandanın adından dünya ictimaiyyətindən üzr istəməyə səsləyib. Bundan qəzəblənən Argentinanın prezidenti Xavyer Miley isə nazir müavini Xulio Qarronu istefaya göndərib.
Bununla əlaqədar yayılan rəsmi məlumatda “Heç bir hökumət nümayəndəsi dünya çempionu və Amerika kubokunun ikiqat qalibinə və ya ümumilikdə heç bir vətəndaşa necə addım atmalı olduğunu göstərə bilməz” sözləri yazılıb.
Kopyalandı
Seçilmişlər