Pleyeri seçin:

Atıcılıq üzrə dünya çempionatında növbəti qalib məlumdur

20 avqust 2023 429 baxış

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə yarışda qalibin adına aydınlıq gəlib.

Çinli Jiayu Han bu kateqoriyada qızıl medalın sahib olub. Ondan az fərqlə geri qalan həmyerlisi Jiin Vanq gümüş medal qazanıb. Bürünc mükafatı isə Hindistan təmsilçisi Mehuli Qoş əldə edib.

Pnevmatik tüfəngdən atəş üzrə komanda yarışının ən yaxşı nəticəsini isə Hindistan təmsilçiləri göstəriblər. Çin və Almaniya nümayəndələri müvafiq olaraq 2-ci, 3-cü yerlərlə kifayətləniblər.

Qeyd edək ki, sözügedən yarışda qalib gələn Çin, Hindistan və İsveçrə təmsilçiləri “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Həmçinin turnirdə 5-ci yeri tutan iranlı Şermineh Çehel Amirani də “Paris-2024”ə vəsiqə qazanmaqla ölkəsini sevindirib. O, pnevmatik tüfəngdən atəş açma yarışlarında bu uğura imza atan ilk iranlı idmançı olub.

Yarışdan sonra açıqlama verərək çox sevincli olduğunu, öz çıxışından razı qaldığını bildirən Şermineh Çehel Azərbaycanda təhlükəsizliklərinin yüksək səviyyədə olduğunu və ölkəmizi çox bəyəndiyini bildirib.

Xatırladaq ki, avqustun 14-də start götürən atıcılıq üzrə dünya çempionatı sentyabrın 1-dək davam edəcək. Atıcılıq mərkəzində təşkil olunan turnirdə 1239 idmançı mübarizə aparır. 

Banner
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 429 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 429 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 429 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 429 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 429 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 429 baxış
Dünya çempionatında uğur qazanan güləşçilərimiz Vətənə döndülər - Baku TV

Dünya çempionatında uğur qazanan güləşçilərimiz Vətənə döndülər - Baku TV

İdman
28 oktyabr 2026 429 baxış
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 429 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 429 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 429 baxış
Seçilmişlər
icon