Pleyeri seçin:

Avropanın aparıcı çempionatlarında maraqlı oyunlar keçirilib

07 oktyabr 2024 402 baxış

UEFA Avropa liqasında “Qarabağ”a qalib gələn “Tottenhem” Premyer liqanın 7-ci turunda gözlənilməz məğlubiyyətlə üzləşib.

“Brayton”un qonağı olan “mahmızlar” ilk hissəni Brennan Conson və Ceyms Meddisonun topları sayəsində 2-0 hesabı ilə irəlidə tamamlayıb. Lakin “qağayılar” 2-ci yarıda 3 qol vuraraq dönüş ediblər. Qarşılaşma Braytonun 3-2 hesablı qələbəsi ilə bitib.

“Stemford Bric” arenasında “Nottingem Forest”i qəbul edən “Çelsi” də azarkeşlərini məyus edib. 2-ci hissənin əvvəlində Kris Vudun qolundan sonra Noni Madueke tarazlığı bərpa etsə də, “zadəganlar”ın bundan artığına gücü çatmayıb. “Çelsi” – “Nottingem Forest”: 1-1.

“Mançester Yunayted” də turu xal itkisi ilə başa vurub. “Aston Villa” ilə qarşılaşan mankunianlar birmingemlilərlə qolsuz sülh bağlayıb.

İspaniya çempionatının lideri “Barselona” növbəti inamlı qələbəsini qazanıb. Səfərdə “Alaves”lə üz-üzə gələn “blauqrana” 3 xalı Levandovskinin het-triki sayəsində aktivinə yazıb.

Almaniya çempionatına başçılıq edən “Bavariya” da hesabat turunda rəqibin qapısından 3 top keçirsə də, üstünlüyünü qoruya bilməyib. Frankfurtda yerli “Ayntraxt”la üz-üzə gələn “rekordmayster” əsas vaxtın sonlarında buraxdığı topa görə 1 xala razılaşmalı olub.

"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

"Barselona" "Mançester Yunayted"in gənc ulduzunu istəyir | Yeni idman xəbərləri - Baku TV

İdman
16 sentyabr 2026 402 baxış
UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

UEFA Çempionlar Liqasının final məkanları bəlli oldu

İdman
16 sentyabr 2026 402 baxış
"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

"İnter" Hakan Çalhanoğlu ilə bağlı qərarını verdi | Yeni idman xəbərləri - Baku TV

İdman
15 sentyabr 2026 402 baxış
Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu

İdman
15 sentyabr 2026 402 baxış
Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi

Rafinyanın “Barselona”dakı gələcəyi müəyyənləşdi

İdman
14 sentyabr 2026 402 baxış
“Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu

“Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu

İdman
14 sentyabr 2026 402 baxış
Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" turnirinin qalibi olub - Baku TV

Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" turnirinin qalibi olub - Baku TV

İdman
13 sentyabr 2026 402 baxış
Zirənin baş məşqçisi Çempionlar Liqasına hazırlıqdan danışdı - Baku TV

Zirənin baş məşqçisi Çempionlar Liqasına hazırlıqdan danışdı - Baku TV

İdman
13 sentyabr 2026 402 baxış
Futbolda yeni cəza

Futbolda yeni cəza

İdman
13 sentyabr 2026 402 baxış
Futbolda qara kart nədir və hansı hallarda tətbiq olunacaq? - Baku TV

Futbolda qara kart nədir və hansı hallarda tətbiq olunacaq? - Baku TV

İdman
13 sentyabr 2026 402 baxış
Seçilmişlər
icon