İdman
Pleyeri seçin:
Azərbaycanın yunan-Roma güləşçisi idmanla vidalaşıb
Yunan-Roma güləşi üzrə millimizin üzvü Sabah Şəriəti karyerasını yekunlaşdırıb.
35 yaşlı pəhləvan “Paris-2024”də mübarizəni başa vurduqdan sonra idmanla vidalaşmağa qərar verib.
Qeyd edək ki, 130 kq-dək çəkidə çıxış edən Şəriəti Fransa paytaxtında keçirilən Olimpiadaya 1/8 finaldan başlayıb. İlk görüşündə Estoniya nümayəndəsi Heyki Nabiyə qalib gələn güləşçimiz sonrakı mərhələdə qazaxıstanlı Alimxan Sızdıkovu məğlub etsə də, yarımfinalda kubalı Mixain Lopes Nunyeslə bacarmayıb. Bürünc mükafat uğrunda qarşılaşmada isə Sabah iranlı Amin Mirzəzadəyə məğlub olub.
Kopyalandı
Seçilmişlər