Pleyeri seçin:

Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi

30 iyul 2023 435 baxış

Paytaxtımızda şahmat üzrə Dünya Kubokuna həsr olunan açılış mərasimi keçirilib.

Bakı Konqres Mərkəzində təşkil olunan tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və şahmatçılar iştirak ediblər.

Açılışa şahmat fiqurlarının formasında paltar geyinən personajların maraqlı səhnəciyi ilə start verilib. Ardınca Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib və şahmatın inkişafından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Mahir Məmmədov Azərbaycanın əsl şahmat ölkəsi olduğunu bildirərək ölkəmizdə şahmatın dövlət siyasəti olduğunu da qeyd edib. Daha sonra FIDE prezidenti Arkadi Dvorkoviçin çıxışına yer verilib. Rusiyalı funksioner başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib.

Sonra şahmatçılara uğurlar arzulayan A.Dvorkoviç Dünya Kubokunu açıq elan edib. Sonda Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Qeyd edək ki, iyulun 30-da başlayacaq yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Dünya kubokuna avqustun 30-da yekun vurulacaq.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 435 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 435 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 435 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 435 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 435 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 435 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 435 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 435 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 435 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 435 baxış
Seçilmişlər
icon