Pleyeri seçin:

"Məğlub olurduq, amma Günay elə bir şey etdi ki..." - Qadın şahmatçımızın başına nələr gəldi?

08 sentyabr 2024 786 baxış

Baku TV Azərbaycan şahmatçısı Günay Məmmədzadə haqqında reportaj hazırlayıb.

Günay Məmmədzadə 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnib və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olub. 2018-ci ildə isə o, kişilər arasında beynəlxalq usta adına layiq görülüb.

Şahmatçı FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, “Ən yaxşı 100 qadın şahmatçı” siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.

Günay şahmata necə gəlməyindən bəhs edərkən qeyd edib ki, bu idman növünə marağı nənə və babasının sayəsində yaranıb: “Nənəmlə babam böyük şahmatsevərlər idilər. Həmişə şahmat oynayırdılar. Onlardan biri uduzanda aralarında mübahisə baş verirdi və bu, mənə maraqlı gəlirdi. Daha sonra valideynlərim bunu görüb məni şahmat məktəbinə yazdırdılar”.

Şahmatçının atası Vüqar Məmmədov isə deyib ki, Günayın uğur qazanması üçün çətinliklərlə qarşılaşsalar da, bunun öhdəsindən gələ biliblər: “Uşağın inkişaf etməsi üçün valideynlər çox diqqətli olmalıdırlar. Xaricə gedəndə özəl diqqət və maliyyə lazım olur. Bəzən nəticə olmadan belə yarışda iştirak etməlisən. Çox çətin məqamlar yaşasaq da, onları aşmışıq”.

Arzularının böyük bir hissəsini gerçəkləşdirdiyini söyləyən G.Məmmədzadə istəyinə tam çatmadığını vurğulayıb: “Pəncərədən bayıra baxanda görürdüm ki, uşaqlar həyətdə oynayırlar, mən isə şahmatla məşğul olurdum. Həmin dövrü xatırlayanda düşünürəm ki, uşaqlığım olmayıb. Amma bilirəm ki, bu mənim arzularım üçün idi”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 786 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 786 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 786 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 786 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 786 baxış
Seçilmişlər
icon