“Çelsi” və “Mançester Siti”yə ağır cəza verilə bilər
İngiltərə nəhəngləri “Çelsi” və “Mançester Siti” Premyer liqadan kənarlaşdırıla bilər.
Buna səbəb klublarda maliyyə pozuntularının aşkarlanmasıdır. Bu barədə xarici mediada məlumatlar paylaşılıb.
Belə ki, çempionatın müstəqil komissiyası sözügedən klublara təqsirli bilinəcəkləri təqdirdə çempionatdan kənarlaşdırılacaqları haqda xəbərdarlıq edib.
Son məlumatlara görə, “şəhərlilər”ə ötən ilin fevralında 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülüb.
“Zadəganlar”a qarşı ittiham irəli sürülməsə də, 2023-cü ilin yayında, Roman Abramoviçin rəhbərliyi dönəmində klubun maliyyə hesabatlarında pozuntular aşkarlanıb.
Qeyd edək ki, 28 matçdan sonra aktivində 63 xalı olan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 1 oyun daha az keçirən "Çelsi" isə 11-cidir.