İdman
Pleyeri seçin:
Çempionlar Liqası: “Bavariya” - “Real” matçı
UEFA Çempionlar liqasında yarımfinalın ilk matçı Almaniyada olub.
Münhendəki “Alyans Arena”da keçirilən “Bavariya” – “Real” görüşünə meydan sahibləri sürətli hücumlarla başlayıblar. Ancaq hesabı “kral klubu” açıb. 24-cü dəqiqədə Kroosun ötürməsindən sonra zərbə mövqeyinə çıxan Vinisius fürsəti qaçırmayıb: 1-0.
İlk hissədə başqa qol olmayıb. 2-ci yarının əvvəlində isə “rekordmayster” ardıcıl 2 qol vurub. Əvvəlcə, 53-cü dəqiqədə Leroy Sane bərabərliyi təmin edib. 4 dəqiqə sonra isə Harri Keyn 11 metrlik cərimə zərbəsindən fərqlənib: 2-1.
Lakin “los blankos” məğlubiyyətdən xilas ola bilib. 83-cü dəqiqədə Vinisius penaltini səhvsiz yerinə yetirib. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb. Tərəflər arasında cavab oyunu mayın 8-i Madriddə keçiriləcək.
Kopyalandı
Seçilmişlər