İdman
Pleyeri seçin:

Çempionlar Liqasında 2-ci finalçı müəyyənləşdi

09 may 2024

UEFA Çempionlar liqasında 2-ci finalçının adına aydınlıq gəlib.

Almaniyadakı matçda son dəqiqələrdə məğlubiyyətdən xilas olan “Real Madrid” “Santyaqo Bernabeu” arenasında “Bavariya”nı qəbul edib. Qarşılaşmaya təzyiqlə başlayan meydan sahibləri fasiləyədək bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, münhenlilərin qapıçısı Manuel Noyer qola imkan verməyib.

Oyunda hesabı 68-ci dəqiqədə “rekordmayster” açıb. Alfonso Deyvisin zərbəsi dəqiq olub.

Bundan sonra hücumlarını sürətləndirən “kral klubu” dönüş etməyi bacarıb. Əvvəlcə 88-ci dəqiqədə tarazlığı bərpa edən Xoselu artırılan dəqiqələrdə daha bir qol vuraraq “Real”a qələbə qazandırıb. Tərəflər arasında ilk matç 2-2 hesabı ilə bitdiyi üçün iki oyunun yekununda güclü olan “los blankos” tarixində 18-ci dəfə yarışın finalına yüksəlib.

Qeyd edək ki, Çempionlar liqasında 14 dəfə qalib gələn İspaniya nəhəngi 15-ci mükafat uğrunda “Borussiya Dortmund”la üz-üzə gələcək. Həlledici qarşılaşma İngiltərənin paytaxtı Londonda keçiriləcək.

“Uembli” arenasında təşkil olunacaq görüş iyunun 1-i baş tutacaq.

UEFA Çempionlar Liqasında qalib müəyyənləşəcək

UEFA Çempionlar Liqasında qalib müəyyənləşəcək

İdman
01 iyun 2024
Joze Mourinyo Türkiyə nəhəngini çalışdıracaq

Joze Mourinyo Türkiyə nəhəngini çalışdıracaq

İdman
31 may 2024
“Neftçi” klubunda daha bir ayrılıq

“Neftçi” klubunda daha bir ayrılıq

İdman
31 may 2024
“Zirə” Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı

“Zirə” Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı

İdman
31 may 2024
Toral Bayramov “Qarabağ”dan ayrıla bilər

Toral Bayramov “Qarabağ”dan ayrıla bilər

İdman
30 may 2024
Klublarımız Avropada uğur qazana biləcəkmi?

Klublarımız Avropada uğur qazana biləcəkmi?

İdman
30 may 2024
Arda Gülərin transfer dəyəri məlum oldu

Arda Gülərin transfer dəyəri məlum oldu

İdman
30 may 2024
Konfrans Liqasında qalibin adına aydınlıq gəlib

Konfrans Liqasında qalibin adına aydınlıq gəlib

İdman
30 may 2024
“Zirə” klubu bu səbəbdən ölkə çempionu olmayıb

“Zirə” klubu bu səbəbdən ölkə çempionu olmayıb

İdman
29 may 2024
Aleks De Souza yenidən Türkiyədə

Aleks De Souza yenidən Türkiyədə

İdman
29 may 2024
Seçilmişlər
icon