İdman
Pleyeri seçin:

Futbol üzrə Avropa çempionatı start götürür

14 iyun 2024

Bu gün futbol üzrə sayca 17-ci Avropa çempionatına start verilir. Almaniyada keçirilən yarışda ümumilikdə 24 komanda mübarizə aparır.

Turnirin A qrupunda Almaniya, Şotlandiya, Macarıstan və İsveçrə kollektivləri yer alıblar. B qrupunda İspaniya, Xorvatiya, İtaliya və Albaniya milliləri növbəti mərhələnin iştirakçılarını müəyyənləşdirəcəklər.

C qrupunda Sloveniya, Danimarka, Serbiya və İngiltərə yığmaları mübarizə aparacaqlar. D qrupunda Polşa, Niderland, Avstriya və Fransa komandaları qərarlaşıblar.

E qrupunda Belçika, Slovakiya, Rumıniya və Ukrayna seçmələri yarışacaqlar. F qrupunda isə Türkiyə, Gürcüstan, Portuqaliya və Çexiya milliləri qüvvələrini sınayacaq.

Qeyd edək ki, AVRO-2024-ün qarşılaşmalarına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Münhendəki “Alyans Arena”da keçiriləcək turnirin açılış matçında meydan sahibi “Bundestim” Şotlandiya futbolçularını sınağa çəkəcək.

Ümumən qrup mərhələsinin görüşləri iyunun 26-dək davam edəcək. Reqlamentə əsasən, burada 1-ci və 2-ci yerləri tutan komandalar, eləcə də qrupu 3-cü pillədə tamamlayan 4 ən yaxşı kollektiv 1/8 finala yüksələcək. Yarışın final oyunu isə iyulun 14-ü Berlinin “Olimpiaştadion” arenasında təşkil olunacaq.

Kopyalandı
Kilian Mbappe və PSJ arasında gərginlik davam edir

Kilian Mbappe və PSJ arasında gərginlik davam edir

İdman
24 iyun 2024
AVRO-2024-də III turun növbəti oyunları keçiriləcək - XÜSUSİ BURAXILIŞ

AVRO-2024-də III turun növbəti oyunları keçiriləcək - XÜSUSİ BURAXILIŞ

İdman
24 iyun 2024
AVRO-2024-də III turun daha 2 görüşü keçiriləcək

AVRO-2024-də III turun daha 2 görüşü keçiriləcək

İdman
24 iyun 2024
AVRO-2024-də həyəcanlı anlar yaşanıb

AVRO-2024-də həyəcanlı anlar yaşanıb

İdman
24 iyun 2024
Avropa çempionatında III turun ilk oyunları keçirilib

Avropa çempionatında III turun ilk oyunları keçirilib

İdman
24 iyun 2024
Avropa çempionatında III tura start verilib

Avropa çempionatında III tura start verilib

İdman
24 iyun 2024
Bu gün AVRO-2024-də III tura start verilir

Bu gün AVRO-2024-də III tura start verilir

İdman
23 iyun 2024
AVRO-2024 | Belçika - Ruminiya oyununda 2 qol vuruldu

AVRO-2024 | Belçika - Ruminiya oyununda 2 qol vuruldu

İdman
23 iyun 2024
AVRO-2024: Türkiyə - Portuqaliya matçında 3 qol vurulub

AVRO-2024: Türkiyə - Portuqaliya matçında 3 qol vurulub

İdman
22 iyun 2024
AVRO-2024-də Gürcüstan millisi Çexiya ilə qarşılaşıb

AVRO-2024-də Gürcüstan millisi Çexiya ilə qarşılaşıb

İdman
22 iyun 2024
Seçilmişlər
icon