Futbol üzrə DÇ-2026-nın kuboku Kolumbiyada
Futbol dünyasının ən ali mükafatı Cənubi Amerikada coşğu ilə qarşılanıb. Baku TV-nin "İdman" rubrikasında yayımlanan məlumata görə, DÇ-2026-nın kuboku qlobal tur çərçivəsində Kolumbiyanın paytaxtı Boqotaya gətirilib. 18 karatlıq qızıldan hazırlanan və çəkisi 6 kilodan çox olan orijinal kubok "Corferias" sərgi mərkəzində minlərlə azarkeşin ziyarətinə açılıb.
Tədbirdə futbol əfsanələri, o cümlədən 1998-ci ilin dünya çempionu David Trezeqe iştirak edərək kuboku ictimaiyyətə təqdim edib. Kolumbiya futbolsevərləri bu tarixi anı "idman tarixinin ən emosional hadisəsi" kimi qiymətləndiriblər. Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 48 komandalı genişləndirilmiş dünya çempionatı öncəsi kubokun bu səfəri ölkədə böyük futbol bayramına çevrilib. Videoda Boqotadakı izdiham, kubokun təqdimat mərasimi və azarkeşlərin 2026-cı il turniri ilə bağlı böyük gözləntiləri əks olunub.
#Dünya çempionatı 2026 teqi istifadə olunub
- Futbol meydanı necə siyasi səhnəyə çevrildi? | DÇ-2026-dan sonra bitməyən qalmaqallar - Baku TV
- Təxminən bir milyon nəfər qələbəni bayram edib
- DÇ-2026 başa çatdı | Finaldan sonra sevinc və gözyaşları | Yeni idman xəbərləri - Baku TV
- İspaniya finalda vurduğu yeganə qolla dünya çempionu adını qazandı - Baku TV
- DÇ-2026 yekunlaşdı: İspaniya-Argentina oyununun detallı təhlili
