Gənc güləşçilərdən ibarət yığmamız Avropa çempionu olub
20 yaşadək idmançılardan ibarət sərbəst güləş üzrə yığmamız Avropa çempionu olub.
Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.
Pəhləvanlarımızdan 97 kiloqramda mübarizə aparan Xetaq Karsanov bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub. Vasif Bağırov, Camal Abbasov, Sadiq Mustafazadə və Anar Cəfərli gümüş mükafat qazanıblar. 125 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Yusif Dursunov isə bürünc medala yiyələnib.
Beləliklə, turniri 1️-i qızıl, 4️-ü gümüş və 1️-i bürünc olmaqla ümumən 6 mükafatla başa vuran yığmamız 1️3️2️ xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Xatırladaq ki, daha əvvəl sözügedən yarışda 17 yaşlılardan ibarət sərbəst güləş və yunan-Roma güləşi üzrə yığmalarımız da 1-ci yeri tutublar.