İngiltərə çempionatı: "Liverpul" - "Çelsi" matçı
İngiltərə Premyer liqasında 22-ci turun mərkəzi matçı “Liverpul” və “Çelsi” arasında olub.
“Enfild” stadionunda keçirilən görüşdə hesabı 23-cü dəqiqədə Dioqu Jota açıb. 39-cu dəqiqədə Konor Bredli 2-ci topu “zadəganlar”ın qapısına göndərib. Fasilə ərəfəsində “qırmızılar” 3-cü qolu vurmağa yaxın olsalar da, Darvin Nunyez 11 metrlik nöqtədən fərqlənə bilməyib.
65-ci dəqiqədə Dominik Soboslai hesabı 4-0 edib. Londonluların gücü ancaq təsəlli topuna çatıb. Kristofer Nkunkunun qolu oyunda həm də yekun nəticəni müəyyənləşdirib. “Liverpul” – “Çelsi”: 4-1. Bu qalibiyyətdən sonra 51 xalı olan mersisaydlılar liderliyi davam etdirir. “Çelsi” isə 10-cu pillədədir.
“Mançester Siti” də turu qələbə ilə tamamlayıb. Son çempion “Etihad Stedium”da “Börnli”ni 3-1 hesabı ilə məğlub edib.
“Şəhərlilər”in qolları dubl edən Xulian Alvareslə yanaşı, Rodrinin aktivindədir. “Börnli”dən isə Amen Əl-Dahil qapını dəqiq nişan alıb. Bu nəticədən sonra 46 xalı olan “Siti” “Liverpul”dan 5 xal geri qalır və 2-ci yerdədir.