Kərim Benzema milyonlarla avrodan imtina edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Real Madrid”dən ayrılaraq 300 milyon avro məvacib qarşılığında “Əl-İttihad”a keçən Kərim Benzema Avropaya qayıda bilər.
Xarici mediada yayılan məlumata görə, 36 yaşlı forvard PSJ-nin maraq dairəsindədir.
İddia olunur ki, klubun prezidenti Nasser Əl-Xelaifi bu transferin baş tutması üçün şəxsən səy göstərir. Məlumata görə, K.Benzema özü də Səudiyyə Ərəbistanındakı şəraitindən narazıdır və komandadan getməyi düşünür.
Əsas səbəblər isə havanın isti və rütubətli olması, stadionlara az sayda azarkeşin gəlməsi, eləcə də onun fanatlar tərəfindən tənqid olunmasıdır.
Xatırladaq ki, ötən ilin yayında “Əl-İttihad”a qoşulan Kərimin müqaviləsi 2026-cı ilə qədərdir. Sözləşmənin şərtlərinə görə, fransalı hücumçu hər mövsüm üçün 100 milyon avro qazanacaq.
#Səudiyyə Ərəbistanı teqi istifadə olunub
- Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər
- Səudiyyə Ərəbistanının hava limanları dronlarla hədəf alınıb? - Baku TV
- "Saudi Aramco" və hava limanları vuruldu
- Səudiyyə Ərəbistanının enerji və nəqliyyat infrastrukturuna qarşı hücum - Baku TV CANLI
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
