Pleyeri seçin:

“Liverpul” “Mançester Yunayted”ə futbol dərsi keçdi

06 mart 2023 444 baxış

İngiltərə çempionatında 26-cı turun mərkəzi matçı "Liverpul" və "Mançester Yunayted" arasında olub. Əzəli rəqiblərin mübarizəsində "qırmızılar" “mankunianlar”ı darmadağın edib.

Fasiləyə Qakponun qolu sayəsində minimal üstünlüklə yollanan mersisaydlılar 2-ci yarıda 6 qol vurublar. Qakpo, Salah və Nunyez dublla yadda qalıb. Son nöqtəni Firmino qoyub. Liverpul - Mançester Yunayted:7-0. İnamlı qələbə sayəsində xallarının sayını 42-yə çatdıran "Liverpul" 5-ci pillədə qərarlaşıb. 92 ildən sonra ilk dəfə bu qədər böyük hesabla uduzan "Yunayted" isə 49 xalla 3-cüdür.

Son qarşılaşmalarda yaxşı formada olan "Yuventus" A Seriyasında 25-ci tur çərçivəsində "Roma"nın qonağı olub. Matçın taleyini 1 top həll edib. 53-cü dəqiqədə "Qoca Sinyora"nın qapısına yol tapan Canluka Mançini "canavarlar"a 3 xal qazandırıb. Bu nəticədən sonra 47 xalı olan "Roma" 4-cü yerdədir. Bütün yarışlarda 7 görüşdən sonra uduzan "Yuventus" isə 35 xalla 8-cidir.

La liqanın lideri "Barselona" 24-cü turda "Valensiya"nı qəbul edib. Bu oyunda da azarkeşlər 1 qol görüblər. 15-ci dəqiqədə Rafinyanın dəqiq zərbəsi kataloniyalılara növbəti qalibiyyəti gətirib. Minimal hesabla güclü olan "blauqrana" 62 xalla ilk pillədəki mövqeyini möhkəmləndirib. "Barsa" 2-ci yerdə olan "Real"ı 9 xal qabaqlayır. 23 xalı olan "Valensiya" isə 19-cudur.

Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV

Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV

İdman
09 sentyabr 2026 444 baxış
Şamaxıda karpfişinq üzrə çempionatın qalibləri bəlli olub | Yeni idman xəbərləri

Şamaxıda karpfişinq üzrə çempionatın qalibləri bəlli olub | Yeni idman xəbərləri

İdman
09 sentyabr 2026 444 baxış
Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV

Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV

İdman
08 sentyabr 2026 444 baxış
"Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

"Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

İdman
08 sentyabr 2026 444 baxış
Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi

Ceydon Sançonun “Borussiya Dortmund”a növbəti qayıdışı gündəmə gəldi

İdman
08 sentyabr 2026 444 baxış
Orxan Məmmədov WMF prezidenti ilə minifubol barədə nələri müzakirə etdi? - Baku TV

Orxan Məmmədov WMF prezidenti ilə minifubol barədə nələri müzakirə etdi? - Baku TV

İdman
08 sentyabr 2026 444 baxış
Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV

Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV

İdman
07 sentyabr 2026 444 baxış
Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu

Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu

İdman
07 sentyabr 2026 444 baxış
Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı yekunlaşdı - Baku TV

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı yekunlaşdı - Baku TV

İdman
07 sentyabr 2026 444 baxış
Qurumlar arasında qalmaqal yaşandı | Yeni idman xəbərləri - Baku TV

Qurumlar arasında qalmaqal yaşandı | Yeni idman xəbərləri - Baku TV

İdman
05 sentyabr 2026 444 baxış
Seçilmişlər
icon