Pleyeri seçin:

“Mançester Siti” və “Arsenal” növbəti oyuna çıxıblar

04 aprel 2024 480 baxış

İngiltərə Premyer liqasında çempionluq yarışındakı həyəcan artmaqdadır. 31-ci turda “Aston Villa”nı qəbul edən “Mançester Siti” darmadağınla qalib gəlib.

“Etihad Stedium”dakı matçda Fil Foden parlaq çıxışı ilə diqqət çəkib. Het-trik edən 23 yaşlı futbolçu ilə yanaşı, Rodri birmingemlilərin qapısına yol tapıb. Qonaqlardan isə yalnız Con Duranın zərbəsi dəqiq olub. “Mançester Siti” – “Aston Villa”: 4-1.

Titul uğrunda mübarizə aparan daha bir klub “Arsenal” da azarkeşlərini sevindirib. “Luton Taun”u qəbul edən “topçular” 2-0 hesablı qələbə qazanıblar. London komandasından Martin Ödeqor qapını dəqiq nişan alıb.

Daha bir epizodda Daiki Hasioka avtoqol müəllifi olub. Bu nəticədən sonra 68 xalla liderliyə yüksələn “Arsenal” “Liverpul” və “Mançester Siti”ni 1 xal qabaqlayır.

Almaniya kubokunda isə 2-ci finalçının adına aydınlıq gəlib. “Fortuna”nı qəbul edən “Bayer” 4 cavabsız topla qalib gəlib. Leverkuzenlilərin qolları dubl edən Floryan Virtslə yanaşı, Jeremi Frimponq və Amin Adlinin aktivindədir.

Finala yüksələn baş məşqçi Xabi Alonsonun komandası mükafat uğrunda “Kayzerslautern”lə qarşılaşacaq.

Banner
U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

U-15 dünya çempionatında millimizin növbəti qələbəsi - Baku TV

İdman
25 oktyabr 2026 480 baxış
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib - Baku TV

İdman
25 oktyabr 2026 480 baxış
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - Baku TV

İdman
25 oktyabr 2026 480 baxış
Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

Azərbaycan millisi U-15 dünya çempionatına 6:0-lıq qələbə ilə başladı - Baku TV CANLI

İdman
24 oktyabr 2026 480 baxış
Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

Avropanın aparıcı klubları Luka Vuşkoviçi transfer etmək istəyirlər

İdman
24 oktyabr 2026 480 baxış
Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

Bakıda FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilir - Baku TV

İdman
24 oktyabr 2026 480 baxış
Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

Azərbaycan cüdoçusu Portuqaliyada keçirilən qitə birinciliyində qızıl medal qazanıb - Baku TV

İdman
24 oktyabr 2026 480 baxış
Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

Yığmanın baş məşqçisi media nümayəndələrinin suallarını cavablandırıb - Baku TV

İdman
23 oktyabr 2026 480 baxış
Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir

İdman
23 oktyabr 2026 480 baxış
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 480 baxış
Seçilmişlər
icon