İdman
Pleyeri seçin:
Qadın güləşçimiz Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi Ruzanna Məmmədova Avropa çempionatında qızıl medal qazanıb.
İdmançımız bu uğura Serbiyada 17 və 20 yaşadək idmançılar arasında keçirilən yarışda nail olub.
59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna əvvəlcə Almaniya nümayəndəsinə qalib gəlib. Sonrakı mərhələlərdə Rumıniya və Litva təmsilçiləri R.Məmmədova ilə bacarmayıblar.
Finalda isə neytral idmançı Yelena Kurova ilə üz-üzə gələn Ruzanna 14-10 hesabı ilə güclü olub. Bununla da güləşçimiz Novi Sad şəhərində təşkil olunan qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kopyalandı
Seçilmişlər