İdman
Pleyeri seçin:

"Beşiktaş"dan baş məşqçi ilə bağlı son qərar

19 mart 2024

Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” klubu baş məşqçi ilə bağlı yekun qərarını verib.

Türkiyə mətbuatında yayılan məlumata görə, portuqaliyalı çalışdırıcı Fernandu Santuşun klubdan gedəcəyi müzakirə olunsa da, “ağ-qaralar”ın rəhbərliyi 69 yaşlı mütəxəssisi mövsümün sonuna qədər gözləmək qərarına gəlib.

Belə ki, “Beşiktaş” Türkiyə Kubokunu qazanıb, liqanı 3-cü pillədə başa vursa, Santuş yeni mövsümdə də vəzifəsinə davam edə biləcək.

Qeyd edək ki, Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.

Maraq üçün deyək ki, bir neçə gün öncə “Beşiktaş” klubunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlandığı ilə bağlı xəbərlər yayılıb. Santuşun komandadan göndəriləcəyi təqdirdə bu posta əsas namizəd Qurban Qurbanovdur. Hətta iddia olunur ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə də əlaqə saxlayıb. O, həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Lakin Qurbanovun məsələyə necə yanaşdığı hələ ki məlum deyil.

Türkiyə çempionatında növbəti dəfə hakimə hücum olub

Türkiyə çempionatında növbəti dəfə hakimə hücum olub

İdman
19 may 2024
Döyüşçümüz Tahir Abdullayev Həbib Nurməhəmmədovun qohumunu nokaut etdi

Döyüşçümüz Tahir Abdullayev Həbib Nurməhəmmədovun qohumunu nokaut etdi

İdman
19 may 2024
"Neftçi" 35-ci turda "Səbail"in qonağı olub

"Neftçi" 35-ci turda "Səbail"in qonağı olub

İdman
19 may 2024
MMA Döyüşçümüz Mirəli Hüseynov kəmər döyüşündən qalib ayrılıb

MMA Döyüşçümüz Mirəli Hüseynov kəmər döyüşündən qalib ayrılıb

İdman
19 may 2024
Dünya çempionu adı uğrunda Tayson Fyuri və Oleksandr Usik qarşılaşıb

Dünya çempionu adı uğrunda Tayson Fyuri və Oleksandr Usik qarşılaşıb

İdman
19 may 2024
Eduard Məmmədov 11-ci dəfə WAKO Dünya Kubokunun sahibi olub

Eduard Məmmədov 11-ci dəfə WAKO Dünya Kubokunun sahibi olub

İdman
18 may 2024
“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

“Neftçi” Premyer Liqada növbəti matça hazırlaşır

İdman
17 may 2024
Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

Kadi Borges "Qarabağ"a qayıtmağa hazırlaşır

İdman
17 may 2024
Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

Leandro Andrade karyerasını Türkiyədə davam etdirəcək?

İdman
17 may 2024
Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

Rövşən Nəcəf FIFA-nın 74-cü konqresində iştirak edir

İdman
17 may 2024
Seçilmişlər
icon