"Neftçi" çempionatın 26-cı turunda "Kəpəz"in qonağı olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun daha bir oyunu keçirilib.
“Neftçi” klubu “Kəpəz”lə üz-üzə gəlib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.
Oyunda hesabı 6-cı dəqiqədə meydan sahibləri açıblar. Martins Junior “ağ-qaralar”ın qapısını dəqiq nişan alıb. Paytaxt təmsilçisi 32-ci dəqiqədə tarazlığı bərpa edib. Filip Ozobiç fərqlənib. Fasiləyə bərabərliklə yollanan komandalar ikinci yarıda hərəyə 2 qol vurublar. “Neftçi”nin heyətində Filip Ozobiç het-trik müəllifi olub. Gəncə təmsilçisinin heyətində isə dubl edən Martins Juniorla yanaşı, Elçin Əlicanov fərqlənib.
Qeyd edək ki, bu matçdan sonra xallarının sayını 37-yə çatdıran “Neftçi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Kəpəz" 27 xalla 9-cu sıradadır. Paytaxt təmsilçisi növbəti turda “Səbail”lə üz-üzə gələcək. “Kəpəz” isə “Zirə”nin qonağı olacaq.