"Qarabağ" Premyer Liqada növbəti matçını keçirib
Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub. Son matçda “Qarabağ” komandası “Zirə”nin qonağı olub.
Görüşdə hesabı “köhlən atlar” açıb. 18-ci dəqiqədə Toral Bayramov fərqlənib. 33-cü dəqiqədə fərq 2-yə yüksəlib. Bu dəfə ağdamlıların yeni transferi Emmanuel Addai qapını dəqiq nişan alıb.
7 dəqiqə sonra “qartallar” toplardan birinin əvəzini çıxıblar. Ceyhun Nuriyev azarkeşləri sevindirib: 1-2. İlk hissə bu hesabla bitib. Oyunda son nöqtəni 88-ci dəqiqədə Abdullah Zubir qoyub. “Zirə” – “Qarabağ”: 1-3.
Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran “Qarabağ” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 1 görüş az keçirən Ağdam təmsilçisi lider “Turan Tovuz”dan 4 xal geri qalır. “Zirə” isə 6 xalla 5-ci yerdədir.
Qeyd edək ki, “Qarabağ” növbəti turda “Səbail”i qəbul edəcək. “Zirə” isə “Neftçi” ilə qarşılaşacaq.