Pleyeri seçin:
"Real Madrid" Kilian Mbappenin transferindən narazıdır
“Real Madrid” klubu ulduz futbolçu Kilian Mbappenin transferindən narazıdır. Bu barədə tanınmış jurnalist Romen Molina məlumat verib.
Onun sözlərinə görə, “Kral klubu” K.Mbappeni komandaya dəvət etdiyi üçün peşman olub.
“Bu sözləri mənə səs qeydi olmadan deyiblər. Kilianı məhz Florentino Peres istəyib, o, ulduz futbolçuları sevir. Klub üzvləri isə 25 yaşlı forvardın oyun səviyyəsindən narazıdır", – deyə o bildirib.
Qeyd edək ki, Kilian Mbappe iyulun 1-dən “Real”ın üzvüdür. PSJ-dən azad agent kimi cəlb olunan oyunçu 12 görüşdə iştirak edib və 8 qol vurub. Bundan başqa, o, komanda ilə UEFA Super Kubokunda qalib gəlib.
Xatırladaq ki, PSJ-nin tarixində ən sərrast futbolçu olan Kilian bu kollektivin forması ilə 308 matçda 256 qolla yadda qalıb.
Kopyalandı
#Real Madrid FK teqi istifadə olunub
- “Real Madrid”in rəqibi “Mançester Siti”dir
- Tyaqo Pitarç: "Çempionlar Liqasında özümü virtual reallıqda kimi hiss etdim"
- Tənqidlərə məruz qalan məşhur futbolçu "Bavariya"ya keçəcək? - Yeni idman xəbərləri - Baku TV
- “Real Madrid” futbolçuya 100 milyon avroluq təklif hazırlayır
- “Real” və “Barselona” hansı futbolçunu “hədəfə alıb”? - Yeni idman xəbərləri - Baku TV
