Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşüb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya səfərə yollanıb.
Bundesliqasının lideri “Bayer”in düşərgəsində olan təcrübəli mütəxəssis burada komandanın çalışdırıcısı Xabi Alonso ilə görüşərək ona Qarabağ xalçası hədiyyə edib.
Daha sonra Qurban Qurbanov Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib. Səfəri barədə “Qarabağ”ın rəsmi saytına açıqlama verən Qurbanov “Bayer”in oyun üslubu və uğurlu nəticələrinin onu cəlb etdiyini və Xabi Alonsonun iş prinsipləri ilə çox maraqlandığını bildirib.
O əlavə edib ki, Alonsonun vaxtilə futbolçu kimi çıxış etdiyi klublarda işləyən məşqçilərin iş prinsipləri ilə də maraqlanmaq niyyətindədir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrından komandanın sükanı arxasında olan Xabi Alonsonun rəhbərliyi ilə “Bayer” cari mövsümdə inamlı çıxışı ilə diqqət çəkir. Özünəməxsus oyun üslubu ilə seçilən kollektiv Bundesliqada lider olmaqla yanaşı, Almaniya kuboku və Avropa liqasında da yoluna uğurla davam edir.
#Qurban Qurbanov teqi istifadə olunub
- Qurban Qurbanov “Qarabağ” komandası ilə 800-cü oyununu keçirdi
- Ertəm Şənər Qurban Qurbanova hədiyyə təqdim etdi
- "Qarabağ" "Napoli" ilə oyuna necə hazırlaşıb? - "Köhlən atlar"ın növbəti sınağı
- “Bu şəhərdə”nin Qurban Qurbanov parodiyası qalmaqal yaratdı | Prodüserdən sərt cavab
- Qurban Qurbanovla bağlı səhnəcik tənqid olundu
