İdman
Pleyeri seçin:
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə həbs edilib
Təbrizin “Traktor” klubunun sabiq üzvü Amir Nasr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb Azadaninin ötən ilin sentyabrında İranda başlayan etirazlarda iştirak etməsidir.
26 yaşlı futbolçu İsfahanda baş verən toqquşma zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə günahlandırılıb. Bir müddət əvvəl onun barəsində ölüm hökmü verilsə də, yekunda qərar dəyişdirilərək 26 il həbslə əvəzlənib.
Qeyd edək ki, Azadani 2016-2019-cu illərdə “Traktor” klubunda çıxış edib. Bundan başqa, o, ayrı-ayrı vaxtlarda ölkəsinin “Sepahan”, “Rah Ahan” kimi komandalarında da top qovub. Son olaraq 2021-ci ildə "İranjavan"ın formasını geyinən yarımmüdafiəçi həbsi zamanı azad agent statusunda olub.
Kopyalandı
Seçilmişlər