İdman
Pleyeri seçin:
UEFA-dan millimizin oyunu ilə bağlı qərar
Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turu çərçivəsində İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Balaş Berkeyə Vencel Tot və Balaş Zert köməklik göstərəcəklər.
Qeyd edək ki, sentyabrın 5-i təşkil olunacaq Azərbaycan – İsveç oyununa Tofiq Bəhramov adına Respublika Stadionu ev sahibliyi edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Kopyalandı
Seçilmişlər