İdman
Pleyeri seçin:

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar minifutbol turniri keçiriləcək

07 aprel 2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda Beynəlxalq Minifutbol Turniri keçiriləcək.

Bununla əlaqədar təşkil olunan püşkatma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, federasiya rəsmiləri və millimizin üzvləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən F.Qayıbov və O.Məmmədov minifutbol yığmamızın ötən il Avropa çempionatında qazandığı parlaq qələbə barədə danışaraq ölkəmizdə keçiriləcək yarışda da komandamızın uğurlu nəticə əldə edəcəyinə inam ifadə ediblər.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara verdiyi dəstəklə bağlı videoçarx nümayiş etdirildikdən sonra yarışın reqlamenti barədə məlumat verilib. 10 komandanın iştirak edəcəyi turnirdə yığmalar mübarizəyə qrup mərhələsindən start verəcəklər. Qrupda 1-ci və 2-ci yerləri tutan millilər yarımfinala, burada qalib gələn kollektivlər isə finala adlayacaqlar.

Püşkatmanın nəticələrinə əsasən, A qrupunda Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan və İtaliya yığmaları yer alıb. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası komandaları qərarlaşıblar.

Afrika və Avropanın ən hündür zirvələrini fəth edən azərbaycanlı qadın

Afrika və Avropanın ən hündür zirvələrini fəth edən azərbaycanlı qadın

İdman
28 sentyabr 2024
Julio Romao "Qarabağ"dan ayrılır?

Julio Romao "Qarabağ"dan ayrılır?

İdman
27 sentyabr 2024
Avropa Liqası: “Fənərbağça” və “Beşiktaş”ın ilk matçları

Avropa Liqası: “Fənərbağça” və “Beşiktaş”ın ilk matçları

İdman
27 sentyabr 2024
"Qarabağ" Avropa liqasında ilk oyununu keçirib

"Qarabağ" Avropa liqasında ilk oyununu keçirib

İdman
27 sentyabr 2024
Lionel Messi karyerasını bu klubda davam etdirəcək

Lionel Messi karyerasını bu klubda davam etdirəcək

İdman
26 sentyabr 2024
SOCAR "İğdır" klubunun forma sponsoru olub

SOCAR "İğdır" klubunun forma sponsoru olub

İdman
26 sentyabr 2024
"Liverpul" və "Arsenal" Liqa kubokunda darmadağınla qalib gəliblər

"Liverpul" və "Arsenal" Liqa kubokunda darmadağınla qalib gəliblər

İdman
26 sentyabr 2024
"Qalatasaray" Avropa Liqasının I turunda PAOK-u qəbul edib

"Qalatasaray" Avropa Liqasının I turunda PAOK-u qəbul edib

İdman
26 sentyabr 2024
"Qarabağ" klubu Avropa Liqasında ilk matçına çıxır

"Qarabağ" klubu Avropa Liqasında ilk matçına çıxır

İdman
26 sentyabr 2024
“Qarabağ” klubu Avropa Liqasında mübarizəyə start verir

“Qarabağ” klubu Avropa Liqasında mübarizəyə start verir

İdman
25 sentyabr 2024
Seçilmişlər
icon