ABŞ-İran gərginliyinin artması qlobal bazarlarda neftin qiymətində yeni sıçrayış yaratdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında yenidən artan hərbi gərginlik qlobal bazarlarda narahatlıq yaradıb. Xüsusilə dünya neftinin mühüm hissəsinin keçdiyi Hörmüz boğazında mümkün təchizat riskləri qiymətlərin kəskin dəyişməsinə səbəb olub.
Digər tərəfdən, “OPEC+”a üzv olan bəzi ölkələr hasilatı tədricən artırır. Baxmayaraq ki, təşkilat eyni zamanda 2026-cı il üzrə qlobal neft tələbatının artımı proqnozunu yenidən aşağı salıb. Təşkilatın bu siyasəti qiymətlərin daha sürətlə artmasının qarşısını almağa xidmət edir.
Bununla belə, iyulun 1-də 71 dollar səviyyəsinə qədər enən “Brent” markalı neftin qiyməti yenidən ABŞ və İranın qarşılıqlı zərbələri fonunda 84-85 dollara qədər yüksəlib.
Maraqlıdır ki, hadisələrin sonrakı gedişatından asılı olaraq qiymətlər hansı istiqamətdə dəyişə bilər?
#Hörmüz boğazı teqi istifadə olunub
- İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV
- Hörmüz boğazı ətrafındakı gərginlik Avropanın qaz təminatına necə təsir edir? - Baku TV CANLI
- Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?
- Neft tankeri minaya düşüb, yoxsa vurulub?
- İran nüvə proqramından geri çəkilib, Hörmüzdən gəmilərin keçidinə təminat verəcək? - Baku TV CANLI
