Pleyeri seçin:

Avropada qazın qiyməti azalıb

28 avqust 2023 394 baxış

Qarşıdan soyuq havaların gəldiyini nəzərə alsaq, avropalıların qışı necə keçirəcəkləri ilə bağlı suallar yaranır.

Belə ki, hava şəraitindən asılı olaraq Rusiyadan qaz alışının azaldılması çatışmazlığa səbəb ola bilər. Bu isə qiymətlərin necə dəyişəcəyi məsələsini gündəmə gətirir.

Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen bugünlərdə əvvəllər adı “Twitter” olan “X” sosial şəbəkəsində Birliyə üzv ölkələrin təbii qaz anbarlarının 90 faizindən çoxunun dolduğunu və bunun qışda enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib. Rusiya qazından imtina etdiklərini deyən Ursula von der Leyen enerji mənbələrinin şaxələndirilməsinin davamlı olacağını vurğulayıb.

Rusiya-Ukrayna müharibəsindən əvvəl İttifaq ölkələri istehlak etdikləri qazın 40 faizini Rusiyadan idxal edirdilər. Müharibədən sonra isə bu göstərici 8 faizə enib.

Qeyd edək ki, ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Avropa İttifaqı ölkələrinin 110 milyard kubmetrə qədər tutumu olan qaz anbarları var. Son məlumata görə, bunun 101,5 milyard kubmetri artıq doludur. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Avropaya 6,6 milyard kubmetr qaz ixrac edilib ki, bunun da yarısı – 3,3 milyard kubmetri “köhnə qitə”də istilik mövsümünün başa çatmasından sonrakı 4 ayda reallaşdırılıb.

İstənilən halda, Avropada qaza tələbat və bundan irəli gələrək qiymətlərin artması hava şəraitindən asılı olacaq. Düzdür, ötən qışın mülayim keçməsi Avropada soyuq mövsümü rahatlıqla arxada qoymağa imkan verdi. Amma qarşıdan gələn dövrdə də təbiətin avropalılara bu cür mülayim “davranacağına” zəmanət yoxdur.

Hazırda qitə üzrə qazın min kubmetrinin alış qiyməti 400 ABŞ dolları səviyyəsindən aşağı enib. Belə ki, Avstraliyadakı mayeləşdirilmiş təbii qaz obyektlərində tətillərlə bağlı vəziyyətin qismən həll edilməsi bahalaşmanın davam etməsinə imkan verməyib. Bununla belə, avqustda Avropada qazın orta alış qiyməti 392 dollar olub ki, bu da iyul ayı ilə müqayisədə 16 faiz çoxdur. İyulda isə “mavi yanacağın” orta alış qiyməti 337 dollar təşkil edib.

Banner
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 394 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 394 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 394 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 394 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 394 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 394 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 394 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 394 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 394 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 394 baxış
Seçilmişlər
icon