Azərbaycan dost ölkələrə sərmayələri artırır | Prezident layihələri açıqladı
“Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir. Əvvəla ona görə ki, bu, dost, qardaş ölkədir, bundan əlavə, Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında çıxışında deyib.
Azərbaycanın dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbedici ölkədir.
Prezident İlham Əliyev qeyd edib ki, bir müddət əvvəl yaradılmış Birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib:
“Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
- Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşündən görüntülər - Baku TV
- Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə mötəbər tədbirdə iştirak ediblər - Baku TV
- "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü - Baku TV CANLI
