Pleyeri seçin:

Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır?

28 mart 2024 430 baxış

Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb.

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb.

Kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb. İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub. Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb.

Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir?

İqtisadçı Rəşad Həsənov bildirib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır:

“İnflyasiya səviyyəsi nisbətən zəifləyib və ərzaq məhsullarında bu, daha kəskin şəkildə özünü göstərir. Belə bir şəraitdə əhalinin qeyri-ərzaq məhsullarına ayıracağı vəsaitin həcmi artır, imkanlar nisbətən genişlənir. İkincisi, ölkədən quru sərhədləri ilə səyahət edənlərin sayının kəskin azalması daxili bazarda telekommunikasiya, elektron avadanlıqlara tələbi artırır”.

Yanacaq xərclərinin çoxalması isə daxili turistik səfərlərin artması ilə əlaqələndirilir. Ekspert bildirib ki, bu sahələrdə dövriyyələrin leqallaşdırılması statistik göstəricilərə təsirsiz ötüşmür.

İlin sonuna doğru ölkə iqtisadiyyatında nələr dəyişə bilər? - Baku TV

İlin sonuna doğru ölkə iqtisadiyyatında nələr dəyişə bilər? - Baku TV

İqtisadiyyat
12 avqust 2026 430 baxış
"SOCAR Midstream Gas Operations"in sifarişi ilə reallaşdırılacaq proses barədə detallar - Baku TV

"SOCAR Midstream Gas Operations"in sifarişi ilə reallaşdırılacaq proses barədə detallar - Baku TV

İqtisadiyyat
11 avqust 2026 430 baxış
İcbari sığorta bazarında nə baş verir? - Ödənilən haqlarda azalmanın əsl səbəbi... - Baku TV

İcbari sığorta bazarında nə baş verir? - Ödənilən haqlarda azalmanın əsl səbəbi... - Baku TV

İqtisadiyyat
10 avqust 2026 430 baxış
Xarici valyutanın satışına tələbatın azalması nə ilə bağlıdır - Baku TV

Xarici valyutanın satışına tələbatın azalması nə ilə bağlıdır - Baku TV

İqtisadiyyat
09 avqust 2026 430 baxış
BTC və Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu SOCAR-ın strukturuna həvalə olunub - Baku TV

BTC və Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu SOCAR-ın strukturuna həvalə olunub - Baku TV

İqtisadiyyat
09 avqust 2026 430 baxış
Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV

Operatorluğu SOCAR-a aid olan BTC boru kəməri ilə bağlı xərclər açıqlandı - Baku TV

İqtisadiyyat
09 avqust 2026 430 baxış
"SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir - Baku TV

"SOCAR karbamid" uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir - Baku TV

İqtisadiyyat
09 avqust 2026 430 baxış
Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərdə ciddi artım qeydə alınıb - Baku TV

Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərdə ciddi artım qeydə alınıb - Baku TV

İqtisadiyyat
09 avqust 2026 430 baxış
Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV

Kreditlərin verilməsində artım | Kreditləşmənin səviyyəsi ÜDM-ə uyğundur? - Baku TV

İqtisadiyyat
08 avqust 2026 430 baxış
ARDNF qlobal portfelini daha da genişləndirir | Yeni strategiyanın detalları - Baku TV

ARDNF qlobal portfelini daha da genişləndirir | Yeni strategiyanın detalları - Baku TV

İqtisadiyyat
07 avqust 2026 430 baxış
Seçilmişlər
icon