İlham Əliyev Azərbaycan-Çexiya iqtisadi əlaqələrindən danışdı - Baku TV
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Bu barədə Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələdə mətbuata bəyanatında bildirib.
“Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq”, – Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
