Pleyeri seçin:

Azərbaycan süni intellekt hazırlığı üzrə Cənubi Qafqazda liderdir | Samir Məmmədov

11 fevral 2026 1492 baxış

“Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyə sistemlərinin inteqrasiyası texniki olaraq artıq başa çatıb və bütün test mərhələləri uğurla yekunlaşıb”.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə İKT biznes forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın rəqəmsal inkişaf sahəsində atdığı addımlar beynəlxalq reytinqlərdə də öz təsdiqini tapır:

“BMT-nin Elektron Hökumət İnkişafı İndeksində ölkəmiz 9 pillə irəliləyərək “very high” kateqoriyasına daxil olub. Dünya Bankının Rəqəmsal Dövlət Texnologiyaları Yetkinlik İndeksində isə Azərbaycan A qrupunda mövqeyini qoruyur”.

Nazir müavini əlavə edib ki, süni intellekt ölkəmizdə rəqəmsal ekosistemin ayrılmaz hissəsidir və strateji prioritet kimi müəyyən edilib:

“Bu istiqamətdə Süni İntellekt Strategiyası qəbul olunub, idarəetmə mexanizmləri formalaşdırılır, dövlət və özəl sektor arasında tərəfdaşlıq genişləndirilir. “Oxford Insights” indeksinə əsasən, Azərbaycan süni intellekt hazırlığı üzrə Cənubi Qafqazda liderdir və Türkiyənin də daxil olduğu regionun ilk beşliyində yer alır. 2025-ci il nəticələrinə görə, ölkəmiz 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu mövqedə qərarlaşıb.

Ötən ildən etibarən Süni İntellekt Akademiyası və Milli Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin hüquqi aktlar üzrə süni intellekt dəstəkli axtarış və təhlil imkanları təqdim edən “e-qanun.ai” platforması istifadəyə verilib”.

Banner
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 1492 baxış
"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

İqtisadiyyat
23 oktyabr 2026 1492 baxış
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 1492 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 1492 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 1492 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 1492 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 1492 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 1492 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 1492 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 1492 baxış
Seçilmişlər
icon