Azərbaycan ÜİF-nin "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulub - Baku TV
Azərbaycan Ümumdünya İqtisadi Forumunun "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" çərçivəsində işlər davam etdirilir.
Strategiyanın əsas prioritetlərinə uyğun olaraq Azərbaycanın Ümumdünya İqtisadi Forumunun "Sənaye Klasterlərinə Keçid" qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.
Sənədi Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirakı çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıb.
Bu çərçivədə İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "SOCAR Polymer" və "SOCAR Karbamid" müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan "NextGen" sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.
Ümumdünya İqtisadi Forumunun 2021-ci ildən həyata keçirdiyi bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir.
#Ümumdünya İqtisadi Forumu teqi istifadə olunub
- Əraqçidən Davosdakı çıxışının ləğvinə cavab
- Metronun iş qrafikində dəyişiklik | Diplomatlar Şəhidlər xiyabanını ziyarət etdi - YENİ BİR SƏHƏR
- Prezident Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər etdi
- Prezident və birinci xanımı hava limanında rəsmi şəxslər qarşıladılar | İsveçrə - Baku TV
- Prezident İlham Əliyev İsveçrəyə səfər etdi - Baku TV
