Pleyeri seçin:

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın önəmi | Səfirdən mühüm açıqlamalar

23 dekabr 2024 446 baxış

Azərbaycanın 2024-cü ildə Bolqarıstana qaz ixracı 2 milyard kubmetrə çatıb.

Bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “Euronews Bulgaria”ya müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, energetika Bakı və Sofiya arasında ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biridir.

Səfirin sözlərinə görə, 2013-cü ildə “Bulqarqaz” şirkəti və SOCAR Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının tədarükü barədə müqavilə imzalayıb.

Tədarüklər 2020-ci il dekabrın 31-də başlayıb. Əgər əvvəllər 1 milyard kubmetr tədarükdən söhbət gedirdisə, bu ilin yekunlarına görə, Bolqarıstan bazarına 2 milyard kubmetr Azərbaycan qazının tədarükü planlaşdırılır.

Səfir qeyd edib ki, Azərbaycan və Bolqarıstan “yaşıl enerji” tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.

Hüseyn Hüseynovun sözlərinə görə, “yaşıl keçid” məsələsi Avropa İttifaqı və onun tərəfdaşlarının gündəliyində getdikcə daha aktual olur.

Bu kontekstdə Azərbaycan və Bolqarıstan bərpa olunan enerji mənbələrindən enerji tədarükü sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir. Bu, Bolqarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm elementdir.

Bundan əlavə, Bolqarıstana təbii qaz tədarükünün daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var.

Səfir hesab edir ki, tərəflər perspektivdə Xəzər regionundan Avropaya bərpa olunan enerji mənbələrinin tədarükünə dair yeni layihələrlə bağlı təşəbbüs irəli sürə bilərlər.

Qeyd edək ki, 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb.

Banner
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 446 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 446 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 446 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 446 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 446 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 446 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 446 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 446 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 446 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 446 baxış
Seçilmişlər
icon