Pleyeri seçin:

Azərbaycanın enerji siyasətinin yaratdığı imkanlar

12 iyul 2023 235 baxış

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılması Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarındakı yeri və rolunu yenidən beynəlxalq müzakirə mövzusuna çevirib.

Məlum olduğu kimi, “Abşeron” yatağının ehtiyatı da daxil olmaqla Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Hazırda ölkənin illik qaz ixracı 21 milyard kubmetr təşkil edir. Yaxın 5 ildə bu göstəricinin 30-31 milyard kubmetrə çatdırılması planlaşdırılır. Avropaya qaz ixracının isə 11 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılacağı gözlənilir.

Hazırda dünyada yetərincə karbohidrogen ehtiyatları olan ölkələr var ki, düzgün dəyərləndirmə və müstəqil siyasət aparılmadığından ya özünün zəruri enerji ehtiyacını ödəməkdə çətinlik çəkir, ya da öz sərvətinə sahib çıxa bilmir. Azərbaycan isə enerjinin idxal və ixracında çoxşaxəliliyi təmin etməklə bir tərəfdən iqtisadi inkişafı üçün yeni üfüqlər açırsa, digər tərəfdən də öz ərazisini tranzit nəqletmə coğrafiyasına çevirir. Hazırda işğalçı Ermənistandan başqa bütün qonşu ölkələrlə birbaşa enerji siyasəti həyata keçirilir.

Məhz Azərbaycanın yürütdüyü düzgün neft və qaz strategiyası nəticəsində qardaş Türkiyə də tarixdə ilk dəfədir ki, tranzit enerji imkanlarını maksimum həddə çatdırıb.

Banner
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 235 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 235 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 235 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 235 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 235 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 235 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 235 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 235 baxış
"Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV

"Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV

İqtisadiyyat
29 oktyabr 2026 235 baxış
“Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV

“Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV

İqtisadiyyat
29 oktyabr 2026 235 baxış
Seçilmişlər
icon