Pleyeri seçin:

Dövlət vergi xidməti 6 ayın yekunlarını açıqladı

14 iyul 2023 409 baxış

2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6 faiz və ya 2,7 milyard manat artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 5,2 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 801,3 milyon manat artım deməkdir.

Qeyd olunan dövrdə sosial ödəmələr üzrə daxilolmalarda da artım qeydə alınıb. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,2 faiz artıb.

Bu müddətdə aktiv vergi ödəyicilərinin sayında da müsbət dinamika müşahidə olunub. İyul ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 7,6 faiz, aktiv obyektlərin sayı isə 4,4 faiz artıb.

Banner
"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

İqtisadiyyat
08 oktyabr 2026 409 baxış
"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 409 baxış
Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 409 baxış
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 409 baxış
SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 409 baxış
Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 409 baxış
100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 409 baxış
Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 409 baxış
Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 409 baxış
Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

İqtisadiyyat
04 oktyabr 2026 409 baxış
Seçilmişlər
icon