Pleyeri seçin:

Energetika tariximizdə ilk | "8 Noyabr" stansiyası nə qədər enerji istehsal edəcək? - COP BAKU

25 iyun 2025 604 baxış

“COP BAKU” verilişinin növbəti buraxılışında iyunun 24-də istifadəyə verilən və Azərbaycanın ən böyük istilik elektrik stansiyası olan “8 Noyabr” stansiyasının tikintisindən, texniki göstəricilərindən, əhəmiyyətindən və ölkənin enerji sisteminə inteqrasiyasından bəhs olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın ödənilməsi, əlavə generasiya güclərinin yaradılması, ixrac potensialının artırılması, təbii qaz ehtiyatlarına qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən iri elektrik stansiyasının tikintisinə qərar verilib.

2023-cü il fevralın 13-də Prezident İlham Əliyev və İtaliyanın “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə Gülüstan sarayında 1880 meqavat gücündə yeni stansiyanın təməlqoyma mərasimi keçirilib.

Verilişdə diqqətə çatdırılıb ki, stansiyada istehsal olunacaq elektrik enerjisinin həcmi təxminən 2 qiqavata yaxın olacaq.

Layihənin maliyyələşməsi 63 faiz “Azərenerji” ASC-nin daxili vəsaiti, 37 faiz isə “Kapital Bank” tərəfindən illik 4 faizlə verilən 6 illik kredit hesabına təmin olunub.

Bildirilib ki, stansiyanın inşası üçün xarici ölkələrdən ümumilikdə 1080 konteyner avadanlıq və material 9 gəmi vasitəsilə ölkəyə gətirilib.

Qeyd olunub ki, mühəndislik baxımından nümunəvi sayılan bu nəhəng layihə cəmi iki il ərzində reallaşdırılıb.

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 604 baxış
Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 604 baxış
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 604 baxış
"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 604 baxış
SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 604 baxış
Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

Yarım milyonluq tenderin qalibi | "Qara siyahı"da olan şirkət dövlət satınalmalarında iştirak edib?

İqtisadiyyat
29 sentyabr 2026 604 baxış
Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

Şəhərsalmanın yeni istiqamətləri: “Zaha Hadid Architects”in iştirakı ilə Bakıda müzakirə - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 604 baxış
SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV

İqtisadiyyat
29 sentyabr 2026 604 baxış
ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 604 baxış
SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV

İqtisadiyyat
28 sentyabr 2026 604 baxış
Seçilmişlər
icon