Millət vəkili iqtisadi inkişafa əngəl olan səbəblərdən danışdı
“İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və büdcə gəlirlərini əhəmiyyətli ölçüdə artıra bilmək üçün ciddi islahatlar həyata keçirməliyik”.
Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin noyabrın 14-də keçirilən plenar iclasında deyib.
“Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların aliliyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. İnkişaf, sabitlik və rifah istəyiriksə, Konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır.
İnhisarçılığa və proteksionizmə son qoyulmalı, rəqabət mühiti formalaşdırılmalı, dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir”, – o vurğulayıb.
#Milli Məclis teqi istifadə olunub
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
- Milli Məclis balıqçılıq və akvokultura haqqında qanun layihəsini təsdiqləyib - Baku TV
- "Hər 6 uşaqdan biri kiberzorakılıqla qarşılaşır" | Komitə sədri - Baku TV
