Pleyeri seçin:

Müharibə fonunda İrandan Türkiyəyə qaz ixracı dayanıb? - Baku TV

28 mart 2026 484 baxış

İsrailin dünyanın ən böyük qaz ehtiyatlarından biri olan “Cənubi Pars” yatağına zərbələr endirməsindən sonra Tehranın Türkiyəyə “mavi yanacaq” nəqlini dayandırdığı iddia edilsə də, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu məlumatı təkzib edib. Ancaq müharibənin davam etməsi fonunda İranın qardaş ölkəyə qaz nəqlindəki risklər aktuallığını saxlayır.

Bəs bu amil Türkiyənin əsas qaz təchizatçılarından biri olan Azərbaycanın qardaş ölkəyə “mavi yanacaq” ixracını artıra bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban ixracın artırılması üçün zəruri olan qaz həcmi ilə yanaşı, ötürmə infrastrukturu məsələsinə diqqət çəkib.

O qeyd edib ki, Azərbaycan hazırda Türkiyəyə qaz ixracı zamanı boru kəmərlərinin ötürmə potensialından maksimum səviyyədə istifadə edir:

“Hətta əlavə resurslarımız olsa belə, mövcud şəraitdə, yəni 2026-cı ilin birinci rübünün sonuna yaxınlaşdığımız bu dövrdə ixracı artıra bilmərik. Çünki kəmərlərimiz faktiki olaraq tam gücü ilə işləyir”.

Bununla belə, rəsmi məlumata görə, 2026-cı ilin yanvar ayında Azərbaycan Türkiyəyə 1 milyard 37,5 milyon kubmetr təbii qaz ixrac edib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur. Bununla da Azərbaycan ABŞ və Rusiyadan sonra Türkiyəyə ən çox qaz satan üçüncü ölkə olub. Bu dövrdə İranın Türkiyəyə qaz ixracının həcmi isə 130 milyon kubmetr təşkil edib. Bu, illik müqayisədə 30 %-dən çox azalma deməkdir. 2026-cı ilin yanvar ayında Türkiyənin qaz idxalında Azərbaycanın payı 13,43 %, İranın isə 1,68 % olub.

Banner
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 484 baxış
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

Azərbaycanın akvakultura sahəsində əsas hədəfi | Nazirdən açıqlama - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 484 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 484 baxış
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 484 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 484 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 484 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 484 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 484 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 484 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon